Macarıstan dəyişən geosiyasi vəziyyətlə əlaqədar Rusiya ilə münasibətlərə yenidən baxmalı olacaq.
Bu barədə Macarıstanın baş naziri Viktor Orban bildirib.
Onun sözlərinə görə, Rusiya ilə münasibətləri saxlamaq Macarıstanın maraqlarına uyğundur, lakin Moskvanın Avropa ilə münasibətləri müharibə nəticəsində o qədər zədələnib ki, bərpa olunmaya bilər.
Qeyd edək ki, Aİ və NATO ölkələri Orban hökumətini Rusiya ilə münasibətlərə görə daim tənqid edirlər.