14 C
Baku
Saturday, November 16, 2024

Macarıstan Rusiya neftinə qoylan qiymət tavanına riayət etməkdən azad olunub

Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, respublika Avropa İttifaqında (Aİ) aparılan danışıqlar zamanı milli maraqlar uğrunda “çox mübarizə aparıb” və bunun nəticəsində Rusiyadan neft tədarükünə tavan qiymət tətbiq etmək zərurətindən azad edilib.

O, həmçinin enerjinin dəyərinə qoyulan limiti Aİ üçün zərərli tədbir adlandırıb.

“Neftin qiymətinin yuxarı həddi ilə bağlı danışıqlar zamanı biz Macarıstanın maraqları üçün çox mübarizə apardıq və sonda buna nail olduq: Macarıstan Rusiya neftinə qoylan qiymət tavanına riayət etməkdən azad olunub”, – Siyarto özünün “Facebook” səhifəsində yazıb.

Qeyd edək ki, hələ oktyabr ayında Macarıstanın Baş naziri Viktor Orban Avropa Komissiyasının təklif etdiyi qazın qiymətinin yuxarı həddinin də respublikaya tədarüklərə şamil edilməyəcəyini açıqlamışdı.

Son xəbərlər
Digər xəbərlər