Macarıstan Rusiya istehsalı olan “Sputnik V” peyvəndini alıb.
Bu barədə ölkənin xarici işlər və ticarət naziri Peter Szijjarto məlumat verib.
O, Macarıstan və Rusiya arasındakı razılaşma çərçivəsində 6 min doza rus peyvəndinin Slovakiya üzərindən ölkəsinə çatdığını qeyd edib. Szijjarto Rusiyada 40 min insan üzərində sınaqdan keçirilmiş rus peyvəndinin yüzdə 91,4-lük qoruma təmin etdiyini vurğulayıb.