11 C
Baku
Saturday, November 16, 2024

Macarıstan Rusiya vətəndaşlarına viza verməyə davam edəcək

Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, tətbiq olunan sanksiyalara və müzakirələri davam edən 8-ci sankisaylar paketinə baxmayaraq Macarıstan höküməti Rusiya vətəndaşlarına Şengen vizası verməyə davam edəcək.

Macar nazir bu barədə Nyu-Yorkda BMT Baş Assambleyasında iştirakı zamanı bəyan edib.

“Viza müqaviləsinin mövcudluğu ilə proses bir qədər daha mürəkkəb və yavaş xarakter alır. Ancaq heç bir razılaşma olmadıqda belə, bu, o demək deyil ki, biz viza verməyəciyik. Təbii ki, biz prosedura uyğun olaraq viza verilməsini davam etdirəcəyik,”- deyə Siyarto bildirib.

Qeyd edək ki, Avropa İttifaqı Rusiya ilə sadələşdirilmiş viza proseduruna dair sazişi iyulun 31-də ləğv edib. Bir neçə Avropa ölkəsi isə Rusiya vətəndaşlarına viza verilməsini tamamilə dayandırıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər