18 C
Baku
Tuesday, October 21, 2025

Macarıstan Rusiyaya qarşı 19-cu sanksiya paketini bloklamayacaq

Aİ ölkələrinin xarici işlər nazirləri Rusiyaya qarşı 19-cu sanksiyalar paketinin qəbuluna dair razılığa gələ bilməyiblər, baxmayaraq ki, Macarıstan bu paketi bloklamaq niyyətində olmadığını bəyan edib.

Sanksiyalar paketi Aİ-nin 2027-ci ilin yanvarına qədər Rusiyadan maye təbii qaz tədarükündən mərhələli şəkildə imtinasını nəzərdə tutur, lakin sənəd hələ də Slovakiyanın mövqeyinə görə razılaşdırılmayıb. Slovakiyanın Baş naziri Robert Fico öz razılığını Aİ-nin daxili yanma mühərrikli avtomobillərdən mərhələli şəkildə imtina siyasəti ilə əlaqələndirib və onun bu istiqamətdə güzəştlər əldə etməyə çalışacağı gözlənilir. Yeni anti-Rusiya sanksiyalar blokunun, bu ilin sentyabrından hazırlanmaqda olan sənədin müzakirələrinin 23–24 oktyabr tarixlərində keçiriləcək Aİ sammitində davam etdiriləcəyi bildirilir.

Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas sammit ərəfəsində bəyan edib ki, 19-cu sanksiyalar paketi sonuncu olmayacaq və Aİ ölkələri növbəti paket üzərində işləməlidirlər. Bununla belə, bu addım bir sıra ölkələrdə skeptik qarşılanır. “Euractiv”in Macarıstanın növbəti sanksiyalar raundunun müzakirəsində iştirak edib-etməyəcəyi ilə bağlı sualına cavab verən Peter Siyarto deyib ki, o, ağlasığmaz işlərdə iştirak etmir, çünki Aİ-nin sanksiya siyasəti iflasa uğrayıb.

Son xəbərlər
Digər xəbərlər