Macarıstan, Serbiya və Sloveniyanın Mərkəzi Avropada elektrik enerjisi ticarəti üzrə birgə mübadiləsi 2024-cü ilin ortalarına qədər fəaliyyətə başlayacaq.
Bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto feysbuk səhifəsində məlumat verib.
Onun sözlərinə görə, son iki il ərzində enerji təhlükəsizliyi Avropanın ən ciddi problemlərindən birinə çevrilib:
“Ölkələr arasında enerji sahəsində sıx əməkdaşlıq bəlkə də heç vaxt bu qədər vacib olmayıb. Bu, xüsusilə böyük neft və qaz yataqlarının olmadığı Mərkəzi Avropaya aiddir, ona görə də burada dövlətlərin qarşılıqlı asılılığı daha da böyükdür.ş
Sloveniya, Serbiya və Macarıstan tərəfindən korporativ və texniki qərarlar qəbul edilib. Bu qərarlar hökumətlər tərəfindən təsdiqləndikdən sonra üç ölkənin birgə enerji mübadiləsi bu ilin birinci yarısında fəaliyyətə başlaya bilər və bu, bütün regionun enerji təhlükəsizliyini əhəmiyyətli dərəcədə yaxşılaşdırır”.