22 C
Baku
Tuesday, April 22, 2025

Macarıstan şirkətləri Azərbaycanın azad edilən bir sıra ərazilərində bərpa işləri həyata keçirəcək

Macarıstan şirkətləri Cəbrayılın Soltanlı kəndi ilə yanaşı, Azərbaycanın işğaldan azad edilən digər ərazilərində də bərpa işləri həyata keçirəcək.

Bunu Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma deyib.

Diplomat vurğulayıb ki, Qarabağın bərpasına Macarıstan həmişə diqqət göstərib və bu, davam edəcək:

“Bərpa prosesi ilə yanaşı, burada digər sahələrdə də əməkdaşlıq edəcəyik. Macarıstan və Azərbaycanın ikitərəfli əlaqələri yüksək səviyyədədir, tez-tez qarşılıqlı səfərlər həyata keçirilir. İki ölkə arasında siyasi, iqtisadi, enerji əməkdaşığı getdikcə inkişaf edir. Yaxın dövrdə mühüm səfərlər həyata keçiriləcək”.

Səfir sonda Xankəndi barədə təəssüratlarını da bölüşüb:

“Xankəndi möhtəşəm şəhərdir, buraya ilk dəfə səfər edirəm və müşahidələrimə əsasən onu deyə bilərəm ki, bura çox yaxşı səviyyədə bərpa olunur, canlandırılır. Səfər çərçivəsində gördüm ki, mədəniyyətə bu ərazilərdə xüsusi diqqət göstərilir və bu sahədə də əməkdaşlığa hazırıq. Qarabağ Universiteti və digər qurumlarla əməkdaşlıq ikitərəfli münasibətlərimizə daha da töhfə verə bilər”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər