1 C
Baku
Saturday, December 14, 2024

Macarıstan şirkətlərinin azad olunmuş ərazilərin bərpasında iştirakı ilə bağlı plan hazırlanır

Macarıstan şirkətləri Qarabağın yenidən qurulması və bərpasında iştirak etməkdə maraqlıdır.

Bunu Macarıstanın xarici işlər və beynəlxalq ticarət naziri Peter Siyaro Azərbaycan Respublikası hökuməti və Macarıstan hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 10-cu iclasında bildirib.

Nazir qeyd edib ki, bununla bağlı plan hazırlanır: “Hesab edirik ki, bu ilin noyabrına qədər sözügedən plan tamamlanacaq və Macarıstan şirkətlərinin iştirak edə biləcəyi sektorlar müəyyənləşəcək. Gələn ilin sonuna qədər Macarıstan şirkətləri regionun rekanstruksiyasına töhfə verməyə başlayacaq”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər