12 C
Baku
Saturday, November 23, 2024

Macarıstan Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalını dayandırıb

Macarıstan hakimiyyəti Polşanın ardınca Ukraynadan taxıl eləcə də bir sıra digər kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyub.

Bunu Macarıstanın kənd təsərrüfatı naziri İştvan Nad bildirib.

Onun sözlərinə görə, mövcud bazar tendensiyalarının davam etməsi Macarıstanın kənd təsərrüfatına ciddi ziyan vuracaq. Buna görə də bunun qarşısını almaq üçün tədbirlər görmək zərurəti yaranıb.

Nad həmçinin vurğulayıb ki, Ukrayna kənd təsərrüfatı artıq Avropa İttifaqında istifadə olunmayan istehsal təcrübələri ilə işləyir.
Buna görə də Ukrayna Avropa bazarına çoxlu miqdarda quş əti, yumurta və bal, həmçinin istehsal xərcləri olduqca aşağı olan taxıl və yağlı bitkilər ixrac etməyə başladı. Bu da öz növbəsində Macarıstan və Mərkəzi Avropa fermerlərinin öz məhsullarını bazara çıxara bilməməsinə gətirib çıxarıb.

 

Eyni zamanda, nazir qeyd edib ki, Macarıstana idxala qoyulan məhdudiyyət müvəqqəti xarakter daşıyır. Proses 30 iyun 2023-cü il tarixinədək davam edəcək. Bu müddət ərzində həll yolu tapmaq üçün addımlar atılmalıdır.

Son xəbərlər
Digər xəbərlər