13 C
Baku
Saturday, November 16, 2024

Macarıstan Ukraynaya silah tədarük etməyi planlaşdırmır

Macarıstan Ukraynaya silah tədarük etməyi və onu başqa ölkələrdən öz ərazisi ilə daşımağı planlaşdırmır.

Bunu Macarıstanın Baş naziri Aparatının rəhbəri Gergey Qulyaş deyib.

Onun sözlərinə görə, Ukrayna hücuma məruz qalan ölkə olduğu üçün heç kim silah təchizatının mənəvi əsasını şübhə altına ala bilməz.

Həmçinin o əlavə edib ki, Macarıstan təkcə öz təhlükəsizliyinin deyil, həm də Zakarpatyadakı etnik macarların təhlükəsizliyini təmin etmək üçün, Ukraynaya silah tədarük etməyi və onu başqa ölkələrdən öz ərazisi ilə daşımağı planlaşdırmır.

Digər dövlətlər tərəfindən Kiyevə ağır hərbi texnikanın, o cümlədən Almaniya istehsalı olan Leopard tanklarının çatdırılmasına münasibət bildirən Qulyaş deyib ki, bütün ölkələr, o cümlədən Almaniya hökuməti dünya müharibəsindən qaçmaq istəyir, lakin Macarıstan hökuməti hər zaman vəziyyətin gərginləşməsinin mümkünlüyü barədə xəbərdarlıq edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər