Macarıstanın Bekeşçabu və Rumıniyanın Lökoşhaza şəhərlərini birləşdirəcək 30 kilometrlik birzolaqlı dəmir yolu xəttinin tikintisi üzrə smeta baxımından böyük maliyyə vəsaiti tələb edən layihənin ötən həftəsonu təməli qoyulub.
Macarıstanın nəqliyyat siyasəti üzrə dövlət katibi Laslo Moşotsinin sözlərinə görə, tikintinin 2024-cü ilin yayında başa çatmasının planlaşdırılır. Hökumətin gözlədiyinə görə, qatarların maksimum sürəti saatda 160 kilometrə çatacaq, bu dəmir yolu qolu isə ildə 1 milyondan çox sərnişinə xidmət edə biləcək. Hazırda Avropa İttifaqı tərəfindən qrantın ayrılmasına dair danışıqlar aparılır. Bu qrant layihənin maliyyə xərclərinin 85 faizini qarşılaya bilər.