Macarıstan və Serbiya arasında neft kəməri tikiləcək

Macarıstan və Serbiya yeni neft kəmərinin tikintisinə sərmayə qoyuluşuna dair saziş imzalayacaq.

Bu barədə Macarıstan xarici işlər naziri Peter Siyerto məlumat verib.

O qeyd edib ki, boru kəməri Aldeo və Novi Sad şəhərlərini birləşdirəcək.

“MOL və “Transnafta” şirkətləri yeni investisiyalar üzrə danışıqları davam etdirirlər, müqavilənin iyunda Macarıstan-Serbiya sammitində imzalanması planlaşdırılır.

Kəmərin uzunluğu 128 kilometr olacaq. Serbiya onun tikintisinə 6 il ərzində 12 milyard avro sərmayə qoymaq istəyir.

Son xəbərlər
Digər xəbərlər