Son onilliklər ərzində görünməmiş inflyasiya, qiymətlərin artması, enerji böhranı şiddətlənən regional müharibələrlə, Avropaya miqrasiya axını ilə yanaşı Macarıstan hökumətini sosial sahədə vəziyyətin sabitləşdirilməsi üzrə tədbirlər görməyə məcbur edir.
Macarıstan Nazirlər Kabinetinin bu gün səhərki iclasında ixtisaslı və qeyri-ixtisaslı işçilər üçün əməyin orta saathesabı ödənişinin 11.5 faiz, yəni ötən ilin avqustu ilə müqayisədə 1553 forintədək (4 avro) artırılması barədə qərar qəbul olunub. Bu gündən başlayaraq əməyin saathesabı ödənişi ölkənin cənub-qərbində bir saat üçün 1370 forint, mərkəzi regionunda isə 1930 forint təşkil edəcək.
2022-ci il yanvarın 1-dən bu günədək Macarıstanda minimum saathesabı əməkhaqqı ixtisaslı kadrlar üçün 1495 forint və qeyri-ixtisaslı işçilər üçün 1150 forint idi. Avronun forintə mübadilə kursu təqribən 1:400 kimidir.