Macarıstanda yeni hökuməti indiki Baş nazir formalaşdıracaq

Macarıstan Prezidenti Yanoş Ader yeni hökumətin formalaşdırılmasını Baş nazir Viktor Orbana tapşırıb.

TASS xəbər verir ki, məlumatı Prezidentin Budapeştdəki rəsmi iqamətgahı – Şandora sarayı yayıb.

Qeyd edək ki, aprelin 3-də ölkədə keçirilən parlament seçkilərində Viktor Orbanın rəhbərlik etdiyi FİDES Partiyası özünün kiçik tərəfdaşı Xristian Demokratlar Partiyası ilə birlikdə böyük çoxluqla qalib gəlib. Onlar parlamentdəki 199 yerdən 135-ni qazanıblar.

Bildirilib ki, buna görə Prezident Yanoş Ader mayın 2-də yeni parlamentin birinci iclasında Viktor Orbanın Baş nazir postuna namizədliyinin irəli sürəcək. Orbanın namizədliyinin deputatların çoxu tərəfindən asanlıqla qəbul ediləcəyi gözlənilir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər