10 C
Baku
Friday, October 25, 2024

Macarıstanın Azərbaycandakı səfirliyi viza verilməsini dayandırdı

Macarıstanın Azərbaycandakı səfirliyi müvəqqəti olaraq viza verilməsi prosedurunu dayandırıb.

Banker.azın virtualaz.orga istinadən verdiyi məlumata görə, səfirlikdən mediaya verilən məlumatda Macarıstan səfirliyinin Konsulluq şöbəsinin forsmajor vəziyyət ilə əlaqədar müvəqqəti olaraq viza üçün sənədlərin qəbulunu həyata keçirə bilmədiyi bildirilib: “Ərizəçilər uzunmüddətli Şengen vizaları (D) üçün Macarıstanın Gürcüstandakı səfirliyinə müraciət edə bilərlər. Hazırda səfirlik forsmajor vəziyyətdən əvvəl olunan müraciətlərin baxılması ilə məşğuldur. Konsulluq ilə bağlı yaranmış vəziyyətə dair məlumatlar müntəzəm olaraq səfirliyin saytında (baku.mfa.gov.hu) yenilənir. Ərizəçilər Konsulluq şöbəsinin fəaliyyətinin bərpasından sonra yenidən viza üçün müraciət edə bilərlər”.

Son xəbərlər
Digər xəbərlər