11 C
Baku
Thursday, December 18, 2025

Macarıstanın Azərbaycandakı iri şirkətinin rəhbərliyi dəyişib

Macarıstan kapitallı spirtsiz içkilər istehsalçısı “HELL Energy Azerbaijan” MMC-yə iki ildən sonra yenidən yerli mütəxəssis direktor təyin edilib.

Banker.az xəbər verir ki, bu, Sadiq Bəndəliyev Talıb oğludur.

O bu vəzifədə Sabari Cozefi (Szabari József) əvəz edib. S.Cozef əsas ana şirkətin direktoruolmaqla Azərbaycandakı şirkətə də rəhbərlik edirdi.

Sadiq Bəndəliyev isə 2023-cü ildə şirkətin Milli satış departamentinə rəhbərlik edib. Bundan əvvəl “Coco-Cola Azərbaycan” və “Pepsi Azəerbaycan” şirkətlərində çalşıb.

Xatırladaq ki, “HELL Energy Azerbaijan” MMC 2023-cü ildə təsis edilib və 480 min ABŞ dolları nizamnamə kapitalına sahibdir.

 

Son xəbərlər
Digər xəbərlər