4 C
Baku
Sunday, December 4, 2022

Macarıstanın Baş naziri Rusiyaya səfər edəcək

Macarıstanın Baş naziri Viktor Orban Rusiyaya səfər edəcək.

Macarıstanın baş nazirinin ölkənin siyasi müxalifətinin tənqidinə səbəb olan və digər Avropa paytaxtlarında narahtlıqla izlənilən səfəri fevralın 1-də baş tutacaq.

Macarıstanın xarici işlər naziri Péter Siyyarto keçən həftə müsahibəsində səfərin gündəliyində Macarıstanın Rusiyadan qaz alması, Rusiyanın “Sputnik V” peyvəndinin Macarıstanda istehsalı və Rusiyanın bu ölkədə inşa etdiyi uzun müddətdir təxirə salınan nüvə stansiyası ilə bağlı müzakirələrin olacağını söyləyib.

Qeyd edək ki, Viktor Orban Avropa İttifaqı daxilində Rusiya Prezidenti Vladimir Putinin ən yaxın müttəfiqi kimi tanınır.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər
X