İtaliyanın ətraf mühitdə mühəndislik və müdafiə işlərinin görülməsi ilə məşğul olan Maccaferri şirkəti Azərbaycanı tərk edib.
“Maccaferri Azerbaijan” MMC-nin ləğv olunduğunu “Vergilər” qəzeti bildirib. İnformasiyaya görə, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu Rəşid Behbudov küçəsi, ev 59, mənzil 63 ünvanına bildirə bilərlər.
130 yaşı olan şirkətin müxtəlif ölkələrdə 70-dən çox törəmə müəssisəsi var. Onlarda 3 minədək əməkdaş çalışır.
Azərbaycanda ötən il baş verən devalvasiyalardan sonra bu, ilk hal deyil.
Dövlət Statistika Komitəsinin xəbərinə görə, 2015-ci ildə Azərbaycanda 71 xarici şirkət və nümayəndəliyi fəaliyyətini dayandırıb. Bu isə investisiyaların ölkədən çıxması deməkdir.
Ötən il Fransanın Technip Maritime Overseas, İtaliyanın Maccaferri Azerbaijan şirkətinin nümayəndəliyi Azərbaycanı tərk edib.
Bundan başqa, Türkiyənin Anel Telekomünikasyon Elektronik Sistemləri Sanayive Ticaret Anonim şirkəti və Britaniyanın Amec Process & Energy Limited şirkətinin nümayəndəliyi də Azərbaycandan gedənlər sırasındadır.
Azadlıq.org