Əvvəlki həyat yoldaşı Jeff Bezos ilə boşanma prosesi çərçivəsində həyata keçirilmiş mülkiyyət bölgüsündən sonra, Mackenzie Bezos Amazon səhmlərinin 4% -ni alıb.
Banker.az bildirir ki, Amerikan korporasiyasının təsisçisi Jeff Bezos və onun keçmiş həyat yoldaşı Mackenzie Bezos, 4 aprel cümə axşamı günü boşanma prosesi çərçivəsində həyata keçirilən mülkiyyət bölgüsünün detallarını rəsmi olaraq açıqlayıblar.
Eyni zamanda qeyd olunur ki, Jeff Bezos şirkətin səhmlərinin 75%-nə sahib olacaqdır. Bu məlumatı Mackenzie Bezos öz Twitter səhifəsində qeyd edir.
EDGAR adlı korporativ məlumat bazasındakı hesabatda deyilir ki, Jeff Bezos Amazon səhmlərinin 4% -ni Mackenzie Bezos qeydiyyatına keçirilməsi barədə qərar verdiyini bildirir.
Mackenzie Bezos-un sahib olduğu səhmlər paketinin dəyəri təxminən 36 milyard dollar təşkil edir. Amazon təsisçisinin keçmiş həyat yoldaşı zənginlik baxımından dünyada dördüncü yer tutur.
Bu boşanma prosesi müasir tarixdə ən bahalı proseslərdən biri olmuşdur. Jeff Bezos dünyanın ən zəngin insanların siyahısında 1-ci yeri tutur.