Madaqaskar prezidenti Andri Radzuelina ölkədəki etirazlara görə hökumətin buraxıldığını elan edib. O, üç gün ərzində yeni baş nazir təyin edəcəyinə söz verib.
“Hazırkı baş nazirin və onun rəhbərlik etdiyi hökumətin səlahiyyətlərinə xitam vermək qərarını qəbul etdim”, – deyə cənab Radzuelina “TVM” efirində bildirib.
Qeyd edək ki, Madaqaskar sakinləri uzunmüddətli elektrik və su kəsintilərinə qarşı etiraz edirlər. BMT-nin ali komissarı Folker Türk bu gün ən azı 22 nəfərin həlak olduğunu açıqlayıb. Təxminən 100 nəfər yaralanıb. Hakimiyyət hələlik bu barədə rəsmi məlumat yayımlamayıb.
Etirazlar bu həftə Antananarivuda başlayıb. Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatına görə, 30 milyon maдаqaskarlının yalnız üçdə biri elektrik enerjisinə çıxışa malikdir. 24 sentyabrda hakimiyyət ölkədə hər hansı etiraz aksiyasını qadağan edib. Ertəsi gün sakinlər küçələrə çıxaraq mağazaları, bankları dağıdıb, təkər və zibilləri yandırıblar. Bir neçə partlayış baş verib, yaşayış məhəllələrində yanğınlar başlayıb.