Madaqaskar prezidenti Andri Radzuelina bazar günü gənc etirazçıların hökuməti devirməsindən, ordunun isə fərarilik edərək nümayişçilərə qoşulmasından sonra ölkədən qaçıb, bu barədə “Reuters” agentliyi məlumat verib.
Hazırda prezidentin harada olduğu məlum deyil. “Reuters”in mənbəsinin məlumatına görə, Andri Radzuelina Fransaya məxsus təyyarə ilə uçub. Fransız radiosu “RFI” xəbər verib ki, o, Fransa prezidenti Emmanuel Makronla razılaşma əldə edib.
“Bu gün həyatımı qorumaq üçün təhlükəsiz yer tapmağa məcbur oldum. Bütün bunlara baxmayaraq, mən heç vaxt çıxış yolu axtarmağı dayandırmıram”, — deyə Madaqaskar prezidenti ölkəni tərk etdikdən sonra sosial şəbəkələrdə canlı yayımda bildirib.
Etirazlar ölkədə 25 sentyabr tarixində su və elektrik çatışmazlığı səbəbilə başlayıb, lakin tezliklə korrupsiya, səmərəsiz idarəçilik və əsas xidmətlərin olmaması kimi daha geniş problemlər səbəbindən kütləvi nümayişə çevrilib.