12 C
Baku
Wednesday, December 11, 2024

Madaqaskarda həbsxanada olan bütün jurnalistlər azadlığa buraxılacaq

Madaqaskar Prezidenti Andri Radzuelina Mətbuat azadlığı günü ölkədə həbsxanada olan bütün jurnalistləri azadlığa buraxmaq qərarına gəlib.

“AFP” xəbər verir ki, 1994-cü ildən 3 may dünyada Mətbuat azadlığı günü kimi qeyd edilir.

Bu təşəbbüsü vaxtı ilə Afrika ölkələrində çalışan jurnalistlər irəli sürüblər.

“Belə bir gündə mən Madaqaskarda məhkum həyatı yaşayan bütün jurnalistləri azadlığa buraxmaq qərarına gəldim. Azad və peşəkar mətbuat qərəzsiz, ədalətli və doğru məlumat təqdim etməyə məcburdur”, – deyə dövlət başçısı vurğulayıb.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər