1 C
Baku
Saturday, December 14, 2024

Maddi motivasiyada həmkar faktoru

Bu yaxınlarda Bonna şəhərində beyin institutunun alimləri və bir qrup iqtisadiyyatçı  professor olduqca maraqlı bir faktı sübut ediblər – sən demə insanın əməkhaqqı aldığı zaman keçirdiyi hisslər, onun həmkarlarının nə qədər qazanmasından bir-başa asılı olur. Öz araşdırmaları zamanı alimlər müəyyən həmkar cütlükləri seçirmiş. Bu əməkdaşlar müəyyən tapşırığı, onlara vəd edilən pul  mükafat müqabilində həyata keçirməli idilər. Daha sonra alimlər maqnit tomoqrafı rezonansından istifadə edərək, könüllülərin aktiv hərəkətdə olduğu zaman beyin fəaliyyətini izləmişlər.  

Öz həmkarlarından daha çox pul alan əməkdaşlarda, «beyin fəaliyyətinin aktivliyi» xeyli dərəcədə daha güclü olmuşdur, nəinki iştirakçıların bərabər miqdarlı mükafat aldıqları təqdirdə.

Nəticələrin dərc olunması Bonna universiteti tərəfindən həyata keçirilən yeni tədqiqatın ilk nəticəsidir. Epileptologiya professoru Kristian Elqerin və iqtisadiyyatçı Armin Folkun rəhbərlik etdiyi alimlər qrupu öyrənmək istəyir ki, «Homooeconomicus» insanının beyni necə işləyir. Bundan ötrü onlar ən müasir texnologiyalardan istifadə edir ki, bu da onlara könüllülərin beyin fəaliyyəti zamanı nə baş verdiyini başa düşməyə kömək edir.

Eksperimentin gedişində iştirakçılar paralel beyin skanerlərində bir-birlərinin yanında uzanmalı idilər. Sonra isə onlardan eyni bir tapşırığı yerinə yetirməyi xahiş edirdilər. Məsələn ekranda peyda ola rəqəmləri müəyyən etmək.  Iştirakçıların qarşısında qoyulmuş məsələnin həllinə görə onlar pul mükafatı alırdılar. Mükafatın miqdarı 30-120 avro arasında dəyişə bilərdi. Bu zaman hər bir iştirakçı onun həmkarının da nə qədər alacağından xəbər tuturdu.

Bütün bu müddət ərzində tomoqraf iştirakçıların beyinlərinin müxtəlif sahələrində qan dövranında baş verən dəyişiklikləri izləməyə çalışırdı. Yüksək qan cərəyanları onu göstərir ki, beyinin müvafiq hissəsindəki sinir hüceyrələri xüsusi ilə aktivdir. Ümumi götürdükdə təcrübədə 38 kişi iştirak etmişdir. Test zamanı alimlər bu insanların beyinlərinin müxtəlif hissələrində aktivliyin artması ilə əlaqədar olaraq, müxtəlif məlumatlar əldə edir. Bu hissələrdən biri baş beyində yerləşən ventralstriatum adlı cüzi ölçülü bir yerdir. Bir çox alimlər onun yerləşdiyi yeri mükafat sistemi adlandırır.

Sınaq iştirakçısı tapşırığın öhdəsindən gəldikdə məhz həmin hissədə aktivliyin yüksək səviyyəyə qalxması müşahidə olunurdu. O tapşırığın öhdəsindən gəlməyəndə isə aktivlikdə enmə nəzərə çarpırdı. Amma maraqlı olan bu deyil. Məsələ ondadır ki, ən yüksək aktivlik məhz o zaman müşahidə olurdu ki, iştirakçı düzgün cavab verərək mükafat (pul) alırdı, onun həmkarının (bu halda isə rəqibinin) cavabı isə yanlış olurdu.

Bununla yanaşı alimlər bu tədqiqatdan əlavə məlumatlar da əldə edə bildilər. Onlar hətta hər iki iştirakçının suala düzgün cavab verməsi ilə bağlı situasiyanın bir qədər dəyişməyə çalışdılar. Birinci iştirakçıya onlar 120, ikinciyə isə cəmi 60 dollar verdilər. Maraqlıdır bu zaman, 120 avro almış iştirakçının beynindəki qan dövranı eyni dərəcədə yüksək aktivlik göstərir, necə ki iştirakçılardan biri düz, digəri isə yanlış cavab verəndə. 60 avro almış insanın ventralstriatum –mükafat mərkəzindəki qan dövranın uduzmuş insanın vəziyyətinə oxşayır. Baxmayaraq ki, o tapşırığı yerinə yetirib və buna görə pul da alacaq.

Kişilər yarışmağı sevir

«Bu tamamı ilə ənənəvi iqtisadi nəzəriyyəyə ziddir» -Bonnada olan iqtisadi elmlər professoru Armin Folk bildirir: İqtisadi nəzəriyyə iddia edir ki, yeganə vacib faktor, mükafatın mütləq miqdarıdır.

Mükafatın digər insanların nailiyyəti ilə müqayisə edilməsi heç bir rol oynamalı deyil». Amma reallıq hər şeyin başqa cür olduğunu göstərir. Belə çıxır ki, gəlirlərin nisbi ölçüsü son dərəcə vacib rol oynayır (həm də bu gəlirin kimi nisbətdə ölçülməsi böyük əhəmiyyət daşıyır, ona görə də bu amilə diqqət yetirmək lazımdır).

Doktor Bernd Beber həmçinin söyləyir ki, kişilər üçün rəqabət aspekti olduqca böyük əhəmiyyət kəsb edir, belə tədqiqatlarda bu kimi amilləri qiymətləndirməmək olmaz. İndi alimlər qrupu eyni araşdırmanı qadınlar üzərində aparmaq niyyətindədir. Daha sonra şərq mədəniyyətinin təmsilçiləri sınağa məruz qalacaq, əsas məqsəd mədəniyyətlər arasındakı fərqlərin nəticələrə nə qədər təsir edə biləcəyini ölçməkdir.

Indi biz pul faktorunun personalın motivasiyası planında nə dərəcə vacib rol oynadığı haqqında aydın təsəvvürə malikik. Təkcə əməkdaşın özünün nə qədər əməkhaqqı aldığını deyil, həm də onun həmkarlarının nə qədər qazanmasını nəzərə almaq lazımdır. Bu insanın əldə etdiyi pullardan nə dərəcə də məmnunluq hissi yaşamasına bir başa təsir göstərir. (Mənbə: sciencedaily.com)

Son xəbərlər
Digər xəbərlər