16 C
Baku
Saturday, October 5, 2024

Maddi yardım muzdlu işdən əldə edilən gəlir sayılırmı?

Çalışdığım müəssisədən keçən ilin sonunda mənə maddi yardım edilib. Bu puldan hər hansı vergi tutulurmu?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 98.1-ci maddəsinə əsasən fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir – əməkhaqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir.

Buna əsasən, sorğunuzda qeyd olunduğu şəkildə işçilərə verilən maddi yardımlar muzdlu işlə əlaqədar alınan gəlirlərə aid edilməklə ümumi qaydada gəlir vergisinə cəlb olunmalıdır.

Əsas: Vergi Məcəlləsinin 98-ci və 101-ci maddələri.

Son xəbərlər
Digər xəbərlər