Venesuela prezidenti Nikolas Maduro 50 yerli şirkətin rəhbərinə bank hesablarını Türkiyə, Rusiya, Çin və Hindistanda açmağa, bu ölkələrdəki tədarükçülərlə münasibət qurmağa çağırıb.
Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb. Venesuela Maliyyə Nazirliyi hətta xarici banklarda hesab açmaqla bağlı menecerlər üçün seminarlar keçirir. Həmçinin ölkədə istehsalı dayandırmaq cəhdləri edən sahibkarların təqib olunacağı bildirilir.