23 C
Baku
Saturday, April 20, 2024

Maduro hesab edir ki, Amerika Dövlətləri Təşkilatı ləğv edilməlidir

Venesuela prezidenti Nikolas Maduro ölkəsinin heç vaxt Amerika Dövlətləri Təşkilatına (ADT) qayıtmayacağını bəyan edib.

O, bu barədə “Venezolana de Televisión” dövlət telekanalının efirində bildirib.

Maduro hesab edir ki, ADT ləğv edilməlidir. Prezidentin sözlərinə görə, təşkilat 70 il ərzində Latın Amerikası və Karib hövzəsində, Çili, Braziliya, Honduras, Paraqvay, Boliviya kimi ölkələrdə bütün dövlət çevrilişlərini və müdaxilələri təsdiqləyib. Buna görə də Maduro vurğulayıb ki, Venesuela ADT-dan ayrılıb və heç vaxt ona qayıtmayacaq.

Maduro qeyd etdiyi kimi, ADT “dəhşətli bir tarixə” malikdir və indi “heç nəyə, yoxa çıxmalı olan xarabalığa” çevrilib.

O, təşkilatın “qorxulu sinizm və müdaxilə muzeyi” olmağa layiq olduğunu bildirdi.

MənbəApa
Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər