6 C
Baku
Wednesday, January 7, 2026

Maduro ilə bağlı ikinci məhkəmə iclası 17 mart tarixinə təyin edilib

Nyu-Yorkda Venesuela prezidenti Nikolas Maduro ilə bağlı məhkəmə iclası başa çatıb. Reuters-in məlumatına görə, iclas təxminən 30 dəqiqə davam edib. Araşdırmanın davamı üçün 17 mart tarixində yenidən məhkəməyə iclasının keçiriləcəyi bildirilir.

İclas zamanı Nikolas Maduro və onun həyat yoldaşı Siliya Flores özlərini təqsirli bilmədiklərini bildiriblər və Venesuela konsulluğunun nümayəndələri ilə görüşmək istədiklərini ifadə ediblər.

Cənab Maduronun vəkili Barri Pollak “həcmli və mürəkkəb məhkəmə prosesi” gözlədiyini bildirib və müdafiə etdiyi şəxsin saxlanılmasını “hərbçilər tərəfindən oğurluq” adlandırıb. Onun sözlərinə görə, hazırda azadlığa buraxılma ilə bağlı vəsatət təqdim olunmur, lakin müdafiə tərəfi bunu sonradan etmək hüququnu özündə saxlayır.

Öz növbəsində, Siliya Floresin vəkili Mark Donnelli bildirib ki, o, saxlanılma zamanı ciddi xəsarətlər alıb, o cümlədən qabırğalarında ağır göyərmələr var. Vəkil rentgen müayinəsi və tibbi yoxlama aparılmasını xahiş edib.

Son xəbərlər
Digər xəbərlər