27 C
Baku
Friday, July 19, 2024

Maduro: “Müharibə ABŞ üçün siyasi və iqtisadi biznesdir”

“Müharibə ABŞ üçün siyasi və iqtisadi biznesdir”.

Bunu Venesuela prezidenti Nikolas Maduro “Maduro Plus ilə” adlı müəllif proqramında deyib.

Onun sözlərinə görə, Amerika Birləşmiş Ştatları bir sıra hərbi münaqişələr planlaşdırıb:

“ABŞ-nin bu məqsədlər üçün 95 milyard dollar ayırması bunu sübut edir. Ukrayna-Rusiya müharibəsi ən azı 20 ildir ki, Rusiyanın gücünü məhv etmək üçün planlaşdırılırdı, lakin ABŞ bunu bacarmadı. Rusiya bu gün iqtisadi, siyasi, sosial, texnoloji və hərbi baxımdan daha güclüdür”.

Prezident bildirib ki, ABŞ Venesuelanın öz ölkəsinin bir hissəsi hesab etdiyi Qayana ilə mübahisəli olan Qayana-Essekibo ərazisində Mərkəzi Kəşfiyyat İdarəsinin bazasını və ABŞ-nin Cənub Komandanlığını yaradıb:

“Onlar burada hərbi münaqişəyə başlamağı planlaşdırırlar. Müharibə ABŞ üçün siyasi və iqtisadi biznesdir”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər