12 C
Baku
Monday, January 5, 2026

Maduronun əmlak və aktivləri ABŞ tərəfindən müsadirə edilib

Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşına aid sərvətin miqdarı dünya mətbuatının gündəminə çevrilib.

Maduroya aid olduğu irəli sürülən və ümumi dəyəri təxminən 700 milyon dollar dəyrərindəki əmlak və aktivləri artıq ABŞ tərəfindən müsadirə edilib.

Bu barədə ABŞ Ədliyyə Nazirliyinin məlumat yayıb.

Həmin siyahıya lüks təyyarələr, daşınmaz əmlaklar, bahalı avtomobillər, zinət əşyaları və böyük məbləğdə nağd pul daxildir.

Müsadirə edilən aktivlər arasında Maduronun rəsmi səfərlərdə istifadə etdiyi bildirilən Dassault Falcon 900EX tipli reaktiv təyyarə də yer alır. Təyyarə 2024-cü ilin sentyabrında Dominikan Respublikasında ABŞ səlahiyyətliləri tərəfindən ələ keçirilib və daha sonra Florida ştatına aparılıb. Onun bazar dəyərinin təxminən 13 milyon dollar olduğu qeyd olunur.

Bundan əlavə, 2025-ci ilin fevral ayında Dominikan Respublikasında “Dassault Falcon 2000EX” modelinə aid ikinci şəxsi reaktiv təyyarəyə də əl qoyulub. ABŞ rəsmilərinin bildirdiyinə görə, bu təyyarə Maduro administrasiyasının yüksək vəzifəli şəxsləri tərəfindən istifadə olunub.

Müsadirə siyahısında həmçinin Dominikan Respublikasında yerləşən bir malikanə, Florida ştatında bir neçə lüks yaşayış evi, atçılıq təsərrüfatı, doqquz ədəd bahalı avtomobil, eləcə də milyonlarla dollar dəyərində nağd pul və zinət əşyaları yer alır.

Qeyd edək ki, bugün Nikolas Maduro və həyat yoldaşı ABŞ hərbçiləri tərəfindən saxlanılaraq ABŞ-yə aparılıb.

Siyasətçi ilə həyat yoldaşı narkoterrorizmdə ittiham olunur.

MənbəBAKU.WS
Son xəbərlər
Digər xəbərlər