7 C
Baku
Thursday, December 12, 2024

“Maersk Group” Misirdə gəmilər üçün “yaşıl” enerji istehsalına $15 milyard sərmayə qoyacaq

Misir Prezidenti Əbdülfəttah əs-Sisi ölkədə gəmilər üçün “yaşıl” enerji istehsalı sahəsində proqramın həyata keçirilməsinə dair sərəncam imzalayıb.

Əbdülfəttah əs-Sisinin “Maersk Group” gəmiçilik korporasiyasının icraçı direktoru Soren Skou ilə görüşündə bu sahədə nəhəng layihənin həyata keçirilməsi məsələləri müzakirə olunub. Görüşdə qeyd olunub ki, Korporasiya bu məqsədlə Misirin “yaşıl” enerji sektoruna 15 milyard dollar sərmayə qoyacaq. Bunun sayəsində 100 minə yaxın misirli üçün də yeni iş yerləri açılacaq.

Misir hökuməti həyata keçiriləcək layihə çərçivəsində Aralıq və Qırmızı dəniz limanlarında “yaşıl” enerji tədarükü məntəqələrinin inşasını nəzərdə tutur. Ən böyük investisiya isə qlobal ticarətin mühüm istiqaməti olan və bir ayda 2 mindən çox gəminin keçdiyi Süveyş kanalına qoyulacaq.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər