17 C
Baku
Friday, September 27, 2024

Mafyozların həyat prinsipləri

Bəzən yalnız nümunəvi insanlardan deyil, cəmiyyətin qınaq obyekti olan insanlardan da ibrət almaq gərəkdir. Buna görə biz sizə bu məqalədə böyük mafyozların dedikləri ən heyrətləndirici və qeyri- adi sitatları təqdim edirik.

1. Problemin sizinlə işi olmamış, sizin onunla işiniz olmasın.

2. Sizə üstünlük qazandıra biləcək məsləhətlərə qulaq asın. Lakin heç kimə belə məsləhət verməyin.

3. Əgər yalan danışırsınızsa, nitqiniz qısa olsun.

4. İşinizə şəxsi həyatınızı qatmayın.

5. Balığı açıq ağız öldürür.

6. Düşməni bağışlamaq olar? Tanrı bağışlayar. Bizim işimiz isə onların görüşünü təşkil etməkdir.

7. Bəzi insanlar uduzmamaq üçün işlərini ehtiyatlı tuturlar. Ehtiyat edərək siz birmənalı olaraq artıq məğlub olursunuz.

8. Təsadüfi təsadüflər olmur.

9. Öz müdrikliyini gizlədə bilməyən kəs axmaqdır.

10. Bir dəqiqə səbr – on il dəbdəbə.

11. Qartal milçəklərə ov etmir.

12. Mən söhbət edərək məsələni həll edə bilən bir tək insanı otuz başkəsənlərimə dəyişmərəm.

13. Söz verməkdən asan heç nə yoxdur.

14. Yetişməmiş alma ağacını silkələmə. Alma yetişəndə özü düşəcək.

15. Uşaqikən mən Tanrıdan xahiş edirdim ki, velosipedim olsun. Sonra isə başa düşdüm ki, Tanrı başqa sistemlə çalışır. Mən velosiped oğurladım və Tanrıya məni bağışlaması üçün dua etdim.

16. Axmaqlara qarşı səbrli ol, bəlkə onlardan belə nəsə öyrəndin. Lakin heç vaxt onlarla mübahisə etmə.

17. İlanı yuvasından başqasının əli ilə çıxart.

18. Dünya səbrli insanlara məxsusdur.

19. İki ayağınla çayın dərinliyini yoxlama.

20. Hər kəsə qarşı mülayim, əksəriyyət ilə ünsiyyətcil, sevdiklərinlə yaxın, bir tək insanla isə dost ol.

Son xəbərlər
Digər xəbərlər

2 ŞƏRH

Comments are closed.