12 C
Baku
Saturday, November 23, 2024

Mağazada məni aldadıblar, amma bunu sübut edəcək əsasım yoxdur. Bu halda mən nə etməliyəm?

Bəzən elə olur ki, ad bir mağazaya daxil olursan və nəsə alırsan. Tələsikdən çekə baxmırsan. Evə gələndə görürsən ki, vitrində gördüyün malın qiyməti ilə əlində olan çekin qiymətində 2 dəfə fərq var. Yəni mal vitrində 10 manata qoyulub və sənin çekində bu 20 manat qeyd olunub. Əsasən belə hallar çox mal alanda baş verir. Vətəndaş misal üçün 200 manatlıq alış-veriş edir və xırdalığına çox getmir. Evə qayıdan zaman aldadıldığını görür. Bu halda geri dönüb, haqlı olduğunu sübut etmək istəsə də, məqsədinə nail ola bilmir. Əlində yalnız çek olur. Belə halda vətəndaş nə etməlidir? Hansı quruma müraciət etməlidir?

Bunu aşağıdakı kimi səciyələndirək.

İstehlakçılar haqqında qanunun

Maddə 15 (İstehlakçının tələblərini ödəməyən malı lazımi keyfiyyətli mala dəyişdirmək hüququ)

  1. Lazımi keyfiyyətli qeyri-ərzaq malı öz formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının onu alındığı yerdə uyğun mala dəyişdirmək hüququ vardır.

İstehlakçı malın alınma günü sayılmamaq şərti ilə, 14 gün ərzində həmin malı lazımi keyfiyyətli mala dəyişdirmək hüququna malikdir. Pərakəndə satılan malın dəyişdirilməsi üçün satıcı tərəfindən daha uzun müddət elan edilə bilər.

İstehlakçı tərəfindən əldə edilmiş lazımi keyfiyyətli mal istifadə olunmayıbsa və onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin mal və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanılıbsa, bu hallarda o dəyişdirilə bilər.

Bu maddədə göstərilmiş əsaslar üzrə dəyişdirilməli olmayan malların siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

  1. Malı dəyişdirmə anında satışda uyğun mal yoxdursa, istehlakçı dəyəri yenidən hesablamaqla istənilən başqa bir malı almaq və ya qaytarılan malın dəyəri məbləğində pulu geri götürmək, ya da satışa uyğun mal gələn kimi onu dəyişdirmək hüququna malikdir. Satıcı malın satışa daxil olduğu gün malın dəyişdirilməsini tələb edən istehlakçıya məlumat verməlidir.

 

Azərbaycan Respublikası ərazisində pərakəndə ticarət obyektlərində dəyişdirilməli olmayan malların

SİYAHISI 

  1. Qızıl və qızıl məlumatları.
  2. Qiymətli və yarımqiymətli metallardan, daşlardan hazırlanmış məlumatlar.
  3. İstehsal qüsurları istisna olmaqla bütün növ parçalar və ölçü ilə satılan bəzi mallar (lentlər, tesmalar, haşiyələr).
  4. Parfümer-kosmetika malları.
  5. Kişi, qadın və uşaq çimərlik paltarları.
  6. Bağça yaşlı və yeni doğulan uşaqlar üçün alt paltarları.
  7. Məişət-kimyası malları.
  8. Şəxsi gigiyena əşyaları (diş fırçaları, daraqlar, biqudilər və s.).
  9. Uşaq oyuncaqları.
  10. İstehsal qüsurları istisna olmaqla istifadədə olmuş, üzərində yarlıklar olmayan kişi, qadın və uşaq corabları, alt paltarları.
  11. Ərzaq üçün plastmasdan hazırlanmış məlumatlar.
  12. Dəyəri ödənilmiş və mağazadan çıxarılmış (yararlılıq müddəti ərzində) ərzaq malları.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 21 may tarixli 114 nömrəli qərarı ilə təsdiq edilmişdir.

Şikayət

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin saytına daxil olaraq  http://www.consumer.gov.az/ yazılı müraciət və ya 195/2 qaynar xəttinə zəng edə bilərlər. Bundan əlavə Dövlət vergi orqanın https://www.taxes.gov.az/ saytından yazılı müraciət və ya 195/1 qaynar xəttinə zəng edə bilər.

Zənn edək ki, alıcı çekidə alış-veriş mərkəzindən götürməyib. Bu halda şikayət hansı formada olacaq? Yəni əlində ümumiyyətlə təsdiq edici sənəd yoxdur. Bu halda 195/2 qaynar xəttinə zəng edə bilər. Bəs niyə vergi orqanına müraciət etmək olmaz?  Dövlət vergi orqanına çekdə olan məbləğlə çatışmazlıqla olsa idi bu halda qəbz əsas götürülərək müraciət etmək olardı. Bundan əlavə əgər alıcıya çek verilmirsə, bu halda da Dövlət vergi orqanına müraciət etmək olar. Belə olan halda həmin alış veriş mərkəzinə reyd keçirilərək, çekdə olan çatışmamazlıq və ya çekin verilməməsi ilə bağlı araşdırma aparılaraq Vergi Məcəlləsinin 58.7 maddəsi ilə bağlı cərimə tətbiq olunacaq. Maddənin açıqlaması aşağıdakı kimidir.

58.7. Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının  verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə:

58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində;

58.7.2. təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində; 

58.7.3. təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə  6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. 

58.7-1. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə aşağıdakı vergi ödəyicilərinə Qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir:

58.7-1.1. həmin Qanunun 3.3-cü, 3.4.4-cü və 3.4.7-ci maddələrinin tələblərinin pozulmasına görə ödənişi həyata keçirən vergi ödəyicisinə;

58.7-1.2. həmin Qanunun 3.4.1-ci maddəsinin tələblərini pozmaqla pul vəsaitlərini nağd qaydada qəbul edən lizinq verənə, kreditləri nağd qaydada verən kredit verənə;

58.7-1.3. həmin Qanunun 3.4.2-ci maddəsinin tələblərini pozmaqla nağd qaydada sığorta ödənişlərini edən və sığorta haqlarını nağd qaydada qəbul edən sığortaçıya və ya təkrarsığortaçıya;

58.7-1.4. həmin Qanunun 3.4.3-cü maddəsinin tələblərini pozmaqla xidmət haqlarını və digər yığımları nağd qaydada qəbul edən şəxsə;

58.7-1.5. həmin Qanunun 3.4.5-ci maddəsinin tələblərini pozmaqla stasionar telefon və kommunal xidmətlərin haqqını nağd qaydada qəbul edən şəxsə;

58.7-1.6. həmin Qanunun 3.4.6-cı maddəsinin tələblərini pozmaqla faizsiz pul vəsaitlərini (vergi ödəyicisi olmayan şəxslər tərəfindən pul vəsaitlərinin verilməsi halları istisna olmaqla), digər ayırmaları nağd qaydada ödəyən və qəbul edən şəxsə;

58.7-1.7. həmin Qanunun 3.4.8-ci maddəsinin tələblərini pozmaqla təhsil haqlarını nağd qaydada qəbul edən şəxsə;

58.7-1.8. həmin Qanunun 3.4.9-cu maddəsinin tələblərini pozmaqla nağd qaydada ödəmələri qəbul edən şəxsə.

İqtisadçı – ekspert Rauf Qarayev

Son xəbərlər
Digər xəbərlər