Mağazalara vergi orqanı tərəfindən qoyulan haqq, qanuna uyğundurmu?

Vergi orqanı ilə vergi ödəyiciləri arasında “Vergi partnyorluğu sazişi”nin bağlanması məqsədilə Vergi Məcəlləsinə müvafiq maddələr əlavə edilmiş, Nazirlər Kabinetinin 19 iyul 2013-cü il tarixli, 190 nömrəli Qərarı ilə “Vergi partnyorluğu Sazişinin forması” və “Vergi partnyorluğu Sazişinin bağlanması Qaydaları” təsdiq edilmişdir.

“Vergi partnyorluğu Sazişi” vergi orqanı ilə vergi ödəyicisi arasında etibarlılığa, şəffaflığa və qarşılıqlı anlaşmaya əsaslanmaqla, vergi risklərinin minimallaşdırılması məqsədi ilə könüllü şəkildə bağlanılan niyyət razılaşmasıdır.

Sazişin məqsədləri aşağıdakılardır:

  • sahibkarlığa lüzumsuz müdaxilələrin qarşısını almaqla, onun inkişafını stimullaşdırmaq;
  • əməkdaşlığa, qarşılıqlı etibarlılığa və şəffaf münasibətlərə əsaslanan birgə fəaliyyəti təmin etmək;
  • müasir idarəetmə alətləri tətbiq etməklə, biznes subyektlərini vergi orqanlarının fəaliyyətinə cəlb etmək;
  • vergilərin ödənilməsi ilə bağlı könüllü əməletmə səviyyəsinin artırılması istiqamətində partnyorluq etmək;
  • ədalətli, çevik, effektiv və səmərəli vergi nəzarəti yaratmaq;
  • vergi risklərini minimallaşdırmaq.

Sazişin bağlanılması zamanı ilkin olaraq vergi ili ərzində yaranmış vergi öhdəliklərini tam və vaxtında icra edən, alqı-satqı əməliyyatlarını nağdsız qaydada həyata keçirən vergi ödəyicilərinə üstünlük verilir.

Sazişin bağlanması üçün vergi ödəyicisi tərəfindən könüllülük prinsipi əsasənda Vergilər Nazirliyinin 02 iyul 2013-cü il tarixli əmri ilə təsdiq edilmiş “Vergi partnyorluğu sazişinin bağlanması üçün Ərizə” forması ilə vergi orqanına müraciət edilir, daxil olmuş müraciətə 15 gün müddətində baxılır və sazişin bağlanması barədə qərar qəbul edilərək vergi ödəyicisinə yazılı məlumat verilir.

Vergi ödəyicisinin dövlət büdcəsi qarşısında vergi öhdəlikləri olduqda, vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsi (azaldılması) müəyyən edildikdə vergi orqanı tərəfindən Sazişin bağlanılmasından yazılı məlumat verməklə imtina edilir.

Saziş vergilərin düzgün və tam ödənilməsində dövlət vergi orqanlarının yükünün biznes cəmiyyəti ilə bölüşdürülməsinə və qarşılıqlı əməkdaşlıq və məsuliyyət platformasında münasibətlərin qurulmasına yönəlmişdir.

Sazişin qüvvədə olduğu dövr ərzində vergi orqanı tərəfindən vergi qanunvericiliyi və vergi inzibatçılığında aparılan dəyişikliklər barədə vergi ödəyicisi operativ qaydada məlumatlandıracaq, vergi öhdəliklərinin yerinə yetirilməsində ona lazımi metodiki köməklik göstərəcəkdir.

Əslində: Bu sazişin bağlanması bir çoxları bunu qanuni rüşvət kimi qəbul edirlər. Sizin vergi məsələnizi, orqan həll edir. Bu həqiqətənmi belədir? Bəzi vergi ödəyiciləri bunun müsbətə atılan addım kimi qəbul edirlər. Yəni vergi ödəyicisi bəzi yüklərdən azad olunmaq üçün bu sazişə imza atır. Belə sazişlərin bağlanması Rusiya Federasiyasında da mövcuddur. Əgər vətəndaş qanuni formada vergini ödəməkdə çətinlik çəkirsə, onunla bu formada müqavilə bağlanır.

Sahibkarlardan etiraz

Sahibkarların biri mənə qeyd edirdi ki, kənar qoyulan məsələlərə gedilməsə sahibkar qazanc əldə edə bilməz. Biz məcburuq bununla razılaşaq. Çünki vergi yükü ağırdı. Bizim gəlirimiz isə azdır. Nümunə olaraq, vergi orqanın işçilərin mənim mağazama gəlməsinə etiraz olaraq şikayət etdim. Şikayət əsaslı olduğundan məsələ böyüdü. Bir çox insanlar bu işə qoşuldu. Bir çox xahişləri nəzərə alaraq, ərizəmdən imtina etdim. Sonda gördüm ki, mümkün deyil. Qazanmaq üçün bu yola getmək lazımdır. Yəni orqanın kənar qanunları ilə razılaşmaq lazımdır. Əks halda mənim kimi, sahibkar sıradan çıxacaq. Mən saziş imzalamamışam. Sadəcə aylıq nə qədər lazımdır o vəsaiti (tələbə əsasən) ödəyirəm.

Vergi orqanında nə baş verir?

Kadr məsələsində vergi işçisi işdən çıxmasını belə izah edir. İşlədiyim 12 ildə insan resursları idarəsinin apardığı kadr islahatlarından məmunam. Amma buna baxmayaraq bu gün əmək fəaliyyətimə xitam verilməsi ilə bağlı qərar verdim.

Bəzi şəxslər tərəfiondən ona verilən məsləhətlər

Çox təssüf ki, bilikli, savadlı və bacarıqlı insanlara qiymət verilmir. Yaxşı dayın olsaydı səndə irəli gedərdin. Bir orqanda 12 il perespektivsiz yerində saymısansa, acanacaqlı bir haldı. Uğurlar sənə.

***

Müəllim narahat olma, nə də darıxma arxanca gələnlər çox olacaq. Bizlərin taleyi hər kəsin yaxşıdı gözəldi mərifətlidi dediyi, çoxunun maraqlandığı lakin bəxtinin açılmadığı qızların taleyi ilə oxşardır. Ay qardaş yetimə can-can deyən çox olur, canına yanan az. Digər tərəfdən də 12 ildə rüşvət almamısansa, obyektlərin yoxdursa, bahalı maşınlar sürmürsənsə, sahibkarlara himayədarlıq  etməmisənsə, bir neçə şəhərdə evin yuxdursa deməli siz vergi işçisi deyilsiniz. Ona görədə düzgün qərar vermisiniz. Deməli bizlər nələrisə bacarmırıq və yolumuzu düz seçməmişik. Dön arxaya və ətrafına bax, gör kimlər, necə işləyir, necə  təriflənir və necə vəzifədə irəliləyir. Mən də artıq qara siyahıda olan şəxslərdən olduğuma görə, gərək ki məndə yollarımı vergi orqanından ayırım. Ancaq hələ gözləməliyəm ki, məni qara siyahıya salan şəxslərin dövlət vergi müfəttişi vəzifəsinə təyin olunması əmrini oxusunlar. Bundan sonra bunu edim.

***

Vergi orqanlarında işləmək çox gözəl təcrübədi, çox əhəmiyyətli bacarıqlar qazandirir lakin zamanında tərk etməyi də bacarmaq lazımdi !

***

İlk aylar mənəvi çətinlik olacaq. Müəllim deyə müraciət edənlər  adınızla müraciət edəcək. Lakin kimin münasibətinin, hörmətinin səmimi olduğunu indi biləcəksiniz.

İqtisadçı-ekspert Rauf Qarayev.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.