19 C
Baku
Sunday, June 15, 2025

Mağazalarda 10 davranış qaydaları

Ərzaqlara ağıllı şəkildə qənaət etmək lazımdır. Çox təəsüf ki, insanların əksəriyyəti ailə büdcəsini səmərəli istifadə etməyi bacarmır. Nəticədə «maaşdan maaşa» yaşayırlar və bəzən hətta zəruri ehtiyyaclarını belə ödəyə bilmirlər.

Mütəxəssislər belə halları əhalinin elementar maliyyə savadsızlığı və sovet banklarına yatırılmış sərmayelərin itməsi xatirəsi ilə əlaqələndirirlər. Buna görə də bir çoxları pulları yığmağa deyil, xərcləməyə üstünlük verirlər. Lakin bugünkü gündə banklara yatırılmış pullar sığortalandığı üçün onları qara günə qənaət etməkdən qorxmaq lazım deyil. Qənaət etmək üçün pullara olan münasibəti dəyişmək lazımdır. Onları ağıllı şəkildə xərcləməyi öyrənmək lazımdır. Orta statistik insanın xərcləri ərzaqların alışına sərf olunur. Lakin boşalan pul kisələrinin düşməni yalnız inflyasiya deyil. İnsanlar özləri mümkün olan hallarda qənaət eməyə cəhd etmirlər. Məsələn, mağazalarda.

Biz sizə supermarketlərdə davranış qaydalarından danışacağıq. Onlara riayət etməklə xərcləri azaltmaq olar.

1 . Siyahı tərtib edin.

Mağazaya getməmişdən əvvəl sizə lazım olan ərzaqların siyahısını tərtib edin. Alış-veriş zamanı hisslərə qapılıb duş üçün gel və yaxud endirimdə olan yataq dəstini almayın. Tərtib olunmuş siyahıya riayət edərək siz özünüzü artıq xəclərdən və əşyalardan azad etmiş olacaqsınız.

2. Mağazaya yalnız tox olduğunuz halda gedin.

Statistikaya əsasən alıcı 20 % yaxın alış-verişi aclıq hissindən edir. Ac insan daha çox ərzaq yığır . Özünüzü belə hallardan sığortalamaq üçün supermarketə getməmişdən əvvəl heç olmasa bir fincan çay və ya qəhvə için.

3. Uşaqları nənələri ilə qoyun.

Mağazaya getdiyiniz zaman uşaqları evdə saxlayın. Hər kəsə məlumdur ki, valideynlər övladların oyuncaq avtomobil və yaxud şokolad almaq xahişlərinə tab gətirə bilmirlər və onların istəklərin həyata keçirdirlər. İlk baxışda uşaq məhsullarının xərclərinin çox olmadığı görünə bilər. Lakin planlaşdırılmamış oyuncaqlara və şirniyyatlara sərf olunan məbləği hesablasaq, çox boyük bir məbləğ əldə edəcəyik.

4. Mağazalara səfərlərinizi azaldın.

Mağazalara nə qədər nadir hallarda getsəniz, bir o qədər az lazımsız məhsul almış olacaqsınız. Buna görə də həftədə iki dəfə alış-veriş etmək kifayətdir. Belə olduğu hada siz həm pula həm də vaxta qənaət etmiş olacaqsınız.

5. Zənbil götürün.

Supermarketlərdə istifadə olunan arabalar əvəzinə zənbil götürün. Siz ona artıq məhsullar yığa bilməyəcəksiniz və dolu bir zənbillə növbədə durmaq istəməyəcəksiniz.

Dondurulmuş kotletlər, çipsilər və qazlı su həm sağlamlığımıza, həm də pul kisəmizə ziyandırlar. Bu məhsullar əsassız şəkildə bahadırlar ( məsələn, çipsinin kiçik bir paketinin qiyməti bir kilo kartofun qiymətinə bərabərdir ) , və onların alışına heç bir zəruriyyət yoxdur. Əgər hazır məhsullara və qazlı içkilərə sərf etdiyiniz məbləği hesablasanız və orqanizmə olan ziyanı da nəzərə alsanız, onları almaq istəyiniz dərhal itəcək.

8. Reklam və qablaşdırmaya görə artıq pul ödəməyin.

Məhsulun yekun qiyməti bir sıra amillərdən asılıdır, həmçinin də istehsalçının reklama sərf etdiyi xərcdən. Mağazalarda keyfiyyətinə görə məşhur brendlərdən fərqlənməyən ərzaqlar almaq olar. Bu qablaşdırmaya da aiddir. Biz ərzağı istifadə etdikdən sonra rəngarəng qablaşdırmanı zibil qutusuna atırıq. O zaman bir müddətdən sonra lazımsız hala gələn gözəl qablara, qutulara görə məhsula artıq pul ödəməyə dəyməz.

9. Ətrafa göz gəzdirin.

Mağazalarda göz səviyyəsində olan rəflərdə adətən bahalı məhsullar yerləşir. Ona görə nisbətən ucuz ərzaqlar yerləşən yuxarı və aşağı rəflərə diqqət yetirmək məsləhət görülür.

10. Bonus proqramlarında iştirak edin.

Mağazalar müştəriləri cəlb etmək üçün müxtəlif bonus proqramları təklif edirlər, aksiyalar keçirdirlər. Bunların hesabına yaxşı qənaət etmək olar. Endirim kartı da əldə etmək olar. Onun sayəsində sərf etdiyiniz pulların bir qismi ödənilir. Bəzən supermarketlərlər böyük alış-verişə görə hədiyyə kartları təqdim edirlər. Onları mağazaya növbəti səfərdə endirimlər üçün istifadə etmək olar. Lakin bu cür aksiyalarla ehtiyyatlı olmaq lazımdır. Endirimlə kupon əldə etmək üçün daha çox ərzaq almağa çalışmayın. Bu halda qənaət edib, etməməyiniz şübhəli hesab edilir.

Son xəbərlər
Digər xəbərlər