16 C
Baku
Friday, September 27, 2024

Mağazalarda polietilen torbaların pullu olması istehsalı kəskin azaldıb

Azərbaycanda pərakəndə ticarət müəssisələrində polietilen kisə və çantaların pullu olması istehsalı kəskin düşürüb.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

2023-cü ilin ilk üç ayında (1-ci rüb) cəmi 3.81 min ton həcmində polietilendən kisə və çantalar istehsal edilib və bu 2022-ci illə müqayisədə 2.4% azalmadır.

Qeyd edək ki, 2023-cü ilin təkcə ilk iki ayında 1.41 ton həcmində bu növdə çantalar istehsal edilmişdi. Yəni illik 31% üzərində artım göstərmişdi. Ümumilikdə, bu məhsul istehsalı son illərdə çox yüksək dinamika ilə artırdı.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 25 nömrəli qərarına əsasən ölçüsü 15-50 mikron olan polietilen torbalar, ayrıca məhsul növü kimi ödənişli olmalıdır.

Qayda 2023-cü il fevralın 15-dən etibarən qüvvəyə minib və mağazalarda polietilen torbalar pulludur. Marketlərdə polietilen torbalar ölçüsündən asılı olaraq 1, 3, 5, 10 qəpiyə satılır.

Kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində istehsal edilmiş əsas məhsullar

 

Məhsul növləri 2023-cü ilin yanvar-mart aylarında

istehsal edilmişdir

Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə 01.04.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı
Kimya sənayesi məhsulları
Təsirsiz qazlar, min kub metr 12612,7 140,3 107,4
ondan:
azot, min kub metr 5727,3 104,4 103,0
Lak-boya məmulatları, ton 5645,8 106,1 172,0
Qeyri-üzvi kimyəvi maddələr, min ton 7550,0 110,9 5130,0
ondan:
yod, ton 49,2 139,0 35,5
Üzvi kimyəvi maddələr, min ton 214,1 78,3 16,8
ondan:
etilen, min ton 47,3 114,3 1,0
propen (propilen), min ton 43,4 108,5 1,8
metanol (metil spirti), min ton 75,3 51,2 5,0
Etil spirti, min dkl 3,0 125,0 35,5
Gübrə və azot birləşmələri, min ton 99,3 65,7 14,0
ondan:
karbamid, min ton 99,3 65,7 13,8
İlkin formada plastik kütlə, min ton 89,0 113,1 36,4
ondan:
polietilen, min ton 47,4 113,1 12,0
Yapışqan və yapışdırıcı maddələr, min ton 20,8 101,0 4,7
Əczaçılıq məhsullarının istehsalı
Dərmanlar, min manat 3288,2 6,6 247,9
Tibbi maskalar, milyon ədəd 0,2 1,7 5,4
Rezin və plastik kütlə məmulatlarının istehsalı
Plastmas, çubuqlar, millər və profillər, ton 1749,9 138,0 5,5
Sərt plastmasdan borular, borucuqlar, qolçaqlar və

şlanqlar, ton

8406,8 149,5 2511,8
Polietilendən kisə və çantalar, ton 3806,1 97,6 182,8
Plastmas butulkalar, flakonlar və oxşar məmulatlar, min ədəd 15532,1 172,0 10812,6
Polietilendən başqa, digər plastmas kisələr və çantalar, ton 356,2 24,0
Döşəmə, divar və tavan üçün plastik kütlədən rulon və ya plitka şəklində örtük, min kv. metr 55,4 72,0
Digər plastmasdan tikinti məmulatları, ton 550,2 55,5 803,4
Məsaməli plastik kütlədən sair plastinlər, lövhələr, ton 369,3 50,5 80,6

 

Son xəbərlər
Digər xəbərlər