10 C
Baku
Thursday, December 12, 2024

Magistr diplomları ixtisaslaşdırılmış şuranın qərarı ilə veriləcək

Nazirlər Kabineti “Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydaları”nda dəyişiklik edib.

Banker.az xəbər verir ki, Baş Nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, ixtisaslaşmış Elmi Şura ixtisaslaşdırılmış şura ilə əvəzlənib. Bununla da magistr diplomları ixtisaslaşmış Elmi Şuranın deyil, ixtisaslaşdırılmış şuranın qərarı ilə veriləcək.

Eyni zamanda dəyişikliklə magistr diplomu ilə magistr dissertasiyasını müdafiə edənlərə münasibətdə doktoranturada təhsili davam etdirmək və ya müvafiq ixtisas (ixtisaslaşma) üzrə əmək fəaliyyətinə başlamağa imkan verəcək.

Son xəbərlər
Digər xəbərlər