Nazirlər Kabineti “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nda dəyişiklik edib.
Banker.az-ın məlumatına görə, dəyişikliyə əsasən, ali təhsilin magistratura səviyyəsində “Təbiət ixtisasları qrupu” bölməsində yeni Dövlət informasiya sistemlərinin təhlükəsizliyi” “Rəqəmsal hökumət” ixtisasları yaradılıb.
Eyni zamanda “Texniki və texnoloji ixtisaslar qrupu” bölməsində Neft-qaz çıxarmada nanotexnologiya, Süni intellekt, Məsafədən müşahidə, “Səhiyyə, rifah və xidmət ixtisasları qrupu” bölməsində Dərman preparatlarının keyfiyyətinin təminatı ixtisasları yaradılıb.