Magistraturaya qəbul bir mərhələdən ibarət olacaq – QƏRAR

Nazirlər Kabineti magistratura ilə bağlı qaydalarda dəyişikillər edib.

Dəyişikliklər beynəlxalq təcrübədə olduğu kimi magistraturaya qəbul imtahanının yalnız bir mərhələdə – ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi üzrə keçirilməsini nəzərdə tutur.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Banker.az bildirir ki, bu barədə Baş nazir Əli Əsədov sənədi imzalayıb.

Qeyd edilməlidir ki, hazırda imtahanlar iki mərhələdə aparılır:

I mərhələ – ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi;

II mərhələ – ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi.