21 C
Baku
Wednesday, October 5, 2022

Magistraturaya sənəd qəbulunun vaxtı uzadılıb

Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulunun müddəti uzadılıb.

Sənəd qəbulu bu gün saat 23:59-da başa çatmalı idi.

Ancaq müddət fevralın 11-i saat 10:00-dək uzadılıb.

Qeyd edək ki, bu gün saat 16:25-dək 16 380 nəfərin (Azərbaycan bölməsi – 15007 ; rus bölməsi – 1373) ərizəsi qəbul edilib.

Xatırladaq ki, sənəd qəbuluna fevralın 1-dən başlanılıb. Magistraturaya qəbul imtahanı fevralın 20-də keçiriləcək.

 

 

Son xəbərlər
Oxşar xəbərlər