2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat başa çatıb.
Ümumilikdə 21103 nəfər ərizəsini təsdiq edib. Onlardan 19372-si Azərbaycan, 1731-i isə rus bölməsi üzrədir.
Həmçinin 14839 nəfər 2-ci cəhd imtahanında iştirak etmək üçün qeydiyyatdan keçib. Onlardan 13760-ı Azərbaycan, 1079-u isə rus bölməsində təhsil almış bakalavrlardır.
Qeyd edək ki, magistraturaya qəbulun ikinci cəhd imtahanı mayın 29-da keçiriləcək. Birinci cəhd imtahanı isə fevralın 20-də baş tutmuşdu.