11 C
Baku
Tuesday, December 9, 2025

“Magnum” €8 milyard dəyərlə dünyanın ən bahalı dondurma istehsalçısı olub

Dekabrın 8-də Amsterdamdakı “Euronext” birjasında “Magnum Ice Cream” şirkətinin səhmləri ilə ticarət başlanıb.

Ticarətin açılışından sonra Magnum səhmləri planlaşdırılan €12,8 əvəzinə €12,2 qiymətinə satılıb. Bununla da “Magnum”un ümumi kapitallaşması 7,9 milyard avro təşkil edib və o, dünyanın ən bahalı dondurma istehsalçısına çevrilib. Şirkətin dondurma bazarındakı payı təxminən 21%-dir. Bu həm də ilin əvvəlindən bəri “Euronext”də keçirilən ən iri IPO-dur.

“Magnum”a məxsus brendlər arasında “Ben & Jerry’s”, “Magnum” və “Cornetto” var.

“Biz Unilever-in tərkibində olarkən dondurma bazarında dünya liderinə çevrildik. İndi isə müstəqil publik şirkət kimi daha çevik, iddialı və fəaliyyət sahəmizə hər zamankından daha çox fokuslanmış olacağıq”, — deyə “Magnum”un baş direktoru Peter ter Kulve yerləşdirmədən sonra bildirib.

Son xəbərlər
Digər xəbərlər