Mahaçqala ilə Bakı arasında aviareyslər bərpa olunmadan ləğv edilib.
Bu, Azərbaycan hökuməti tərəfindən uçuş üçün icazəni geri çağırması ilə əlaqədardır.
“Azərbaycan tərəfi “Utair” şirkətinə uçuşlar həyata keçirmək üçün verdiyi icazəni ləğv edib”, – Dağıstan Hava Limanının mətbuat xidmətindən bildirilib.
İcazənin ləğvinin səbəblərini açıqlamayıb.
Aviareyslərin ləğvi ilə bağlı məlumat Heydər Əliyev Beynəlxalq Aeroportundan təsdiqlənib.
Xatırladaq ki, “Utair” iyunun 3-dən Mahaçqaladan Bakıya uçuşları bərpa etmək niyyətində idi.