13 C
Baku
Friday, April 26, 2024

“Mahaçqala-Bakı” gecə ekspresi istifadəyə veriləcək

“Mahaçqala-Bakı” gecə ekspresi 2019-cu ilin payızında istifadəyə veriləcək.

Şimali Qafqaz Dəmir Yolunun rəisi Vladimir Pyastolov bunu Dağıstanın rəhbəri Vladimir Vasilyevlə görüşdə bildirib.

V.Pyastolov deyib: “Bu il Bakıya gedən qatarların hərəkət cədvəli tamamilə yenilənəcək. Biz payızda “Mahaçqala-Bakı gecə ekspresi” adlı beynəlxalq marşrut açılması barədə razılığa gəlmişik. Bu marşrutda yeni, rahat yataq vaqonları və əlverişli hərəkət cədvəli tətbiq ediləcək. Biz respublika sakinlərinin, məsələn axşam saat 20:00-da Mahaçqalada rahat vaqonlara minərək təqribən saat 7:00-da Bakıya çatmaları üçün şərait yaradacağıq”.

©Azərtac

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər