İğtişaşlar səbəbindən bağlanan Mahaçqala hava limanı fəaliyyətini bərpa edib.
Bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.
Bildirilib ki, aeroport oktyabrın 30-da Moskva vaxtı ilə saat 14:00-dan başlayaraq təyyarələri qəbul edir və yola salır.
Bununla belə, “Azimut” və “Red Wings” aviaşirkətlərinin Təl-Əvivdən Mineralnıye Vodı və Mahaçqalaya uçuşları müvəqqəti olaraq Rusiyanın digər şəhərlərinə istiqamətləndiriləcək.
Daha əvvəl Mahaçqaladan Qroznıya uçuşların köçürüldüyünü elan edən Aeroflot, reyslərin Dağıstandakı hava limanına və oradan yerinə yetiriləcəyini açıqlayıb. Şirkətdən bildirilib ki, söhbət Moskva-Mahaçqala marşrutu üzrə SU1056/1057 və SU1058/1059 və sonrakı reyslərdən gedir.