Mahatma Qandidən sitatlar:
- Əxlaqi dəyərləri gözardı edən iqtisad fəaliyyətlərin önəmi yoxdur.
- Düşünürəm ki , bir baxımdan hamımız oğruyuq. Ehytiyyacım olmayan bir şeyi götürüb, sonra ehtiyyacım olar deyə saxlayıramsa ,o şeyi başqa birisindən oğurlamışıq deməkdir.
- Təbiətin yazılmamış , ancaq anlaşılması gərəkən bir qanunu var. Təbiət bizim gündəlik istəklərimizi təmin etmək üçün yetərli səviyyədə əsas ehtiyyacların hər birini istehsal edir.
- Kiminsə məndən daha artıq var-dövləti varsa ,olsun, nə önəmi var ? Ancaq öz həyatımla bağlı deyə bilərəm ki, ehtiyyacım olmayan bir şeyə sahib olma cürətim yoxdur.
- Tanrı heç bir zaman öz sabahına bir şey saxlamaz. Tanrı yalnız indiki anında ehtiyyacı olanı yaradar. Onun iradəsinə arxalanacaq olursaq, bizim indiki ehtiyyaclaımızı onun verecəyinə inanmalıyıq.
- Tanrı insanların ehtiyyaclarından daha artığını verməz.
- Milyonlarca insan acllıqdan ölərkən , zənginlər ehtiyyaclarından daha artığını saxlamaqdadırlar.
- Hər kəs öz ehtiyyacına görə saxlasaydı kimsə acından ölməzdi.
- İndiki durumda zənginlər də yoxsullar qədər pərişandırlar. Yoxsul milyoner olma həsrətində, zənginsə var dövlətini neçə qat artıraraq milyarder olma həsrətindədir.
- Zənginlər var dövlətlərini orta səviyyədə saxlasalar, ölkədə aclıq olmaz və aclar da onların yanında rahat yaşama dərsini öyrənərlər.
- İqtisadi bərabəlik istiqlalın açarıdır. Çünki o, qeyri-aqressivlik tələb edir.
- Hər kəs çox deyil, yalnızca öz çörəyini qazanmaq üçün çalışarsa, hər kəs üçün həm yetəri qida , həm də yetəri qədər rahatlıq sağlamış olar. Atımla da bağlı hay-küy də qopmaz. Bu fədakarlığın ən yüksək səviyyəsidir.
- Yoxsullara geyim və yeyəcək bağışlamaqla onları kiçiltməməliyəm(aşağılamamalıyam).Onların belə xeyriyyəçiliyə ehtiyyacları yoxdur. Onların işə ehtiyyacı var. Özümü onların ağası saymamalıyam.
- Tanrı insanları yaratmış ki, öz yeməyini özü təmin etsin. Tanrı söyləmiş ki, çalışmadan yeyənlər başqalarının işlərinin nəticəsini oğurlayan adamlardır.
- Xəstə olmayan bir qadın və ya bir kişi işsiz və yeməksizdirsə, biz öz istirahətimizdən və yaxşı yemək yeməyimzdən dolayı utanmalıyıq.
- İmtiyaz və inhisarlara nifrət edirəm. Toplumla paylaşılması mümkün olmayan hər şey mənim üçün haramdır.
- Mənim hər şeydən imtina etməyimə dünya gülə bilər , gülsün, azaddır. Bu böyük zənginlikdir. Çox istərdim dünyada mənim qədər xoşbəxt olan ikinci bir şəxs olsun. Bu sahib olduğum ən böyük xəzinədir.
- Sağlığı yerində olan adama şərəfli yaşaya bilməsi üçün işsizlik pulu ödəmək qəbul edilməzdir. İmkanım olsaydı bütün xeyriyyə mərkəzlərini bağlayardım. Bu kimi mərkəzlər milləti tənbəlləşdirər, işsizik , riyanı və hətta cinayəti təşviq edər.
- Ac və işsiz kütlə üçün Tanrı ,ancaq ona yemək vəd edən bir varlıq kimi görünər.
- Yoxsul bir adam üçün aclığı ortadan qaldıracaq ehtiyyacın xaricində heç bir şey önəmli deyl. Ac adam üçün ona yemək verən onun Tanrısı kimi görünər. Onların başqa şeylər düşünmək qabiliyyətini aclıq əllərindən almışdır.
- Hər bir insanın öz həyatı ehtiyyaclarını təmin etmək haqqı var. Hətta quşlar və heyvanların da belə. Hər bir haqq da müdafiəyə ehtiyyac duyar. Bu haqqa hücum edildikdə müdafiə üçün uyğun yollar da ortaya çıxar.
- Uyğun öhdəlik bədənimizlə çalışmaq, uyğun çarə isə bizi haqqımızdan məhrum edənlərlə əməkdaşlıq etməməkdir.
- Elə bir zaman təsəvvür edə bilmərəm ki. Dünyada mütlək bərabərlik bərqərar olsun. Ancaq belə bir zamanı təsəvvür edə bilərəm ki, zəngin yoxsullara zərər vermədən zənginliyini artıra bilsin. Yoxsul da zənginin zənginliyinə həsədlə baxmasın.