11 C
Baku
Tuesday, November 5, 2024

“Mail.ru”dan 120 milyon dollarlıq yatırım

“Mail.ru Group” Rusiyanın və Şərqi Avropanın iri kiberidman holdinqi “ESForce”u 120 milyon dollara satın aldığını elan edib.

RBK-ya istinadən, “Mail.ru” “ESForce”un sahibləri Anton Çerepennikov və “Highland Falls Investment” ilə şirkət səhmlərinin 10%-nin əldə edilməsi barədə müqavilə imzalayıb.

Kiberidman sahəsi hazırda sürətlə inkişafdadır. 2016-cı ildə bu bazarın həcminin 1,6 milyard dollar təşkil edəcəyi, istifadəçi bazasının isə 300 milyon nəfərə çatacağı proqnozlaşdırılır.

“ESForce” son bir neçə ildə bu seqmentdə hərtərəfli ekosistem qurub. Onun aktivləri sırasında 2 kiberidman klubu var: “Virtus Pro” və SK. Bunlar beynəlxalq yarışlarda 258 qızıl, 190 gümüş və 173 bürünc medal qazanıblar. Şirkətin digər aktivləri bunlardır: “Dota2” və CS yarışları, 14 sayt, sosial şəbəkələrdə 209 qrup, canlı yayımlar verən studiyalar, Moskvada “Yota Arena”, CS oyunçuları üçün ticarət və analitik platformalar, 20 ölkədə fəaliyyət göstərən pərakəndə merçendayzinq şəbəkəsi “eSports Fragstore” və s…

“Mail.ru Group” baş direktoru Boris Dobrodeyev bildirib ki, qarşıdakı onillikdə dünya kiberidman bazarı ənənəvi idman bazarını ötəcək: “Bu biznesi quran komanda şirkətdə qalacaq. Biz sosial şəbəkələrdə və oyun sahəsində üstünlüyümüzdən yararlanaraq “ESForce”un uğurunu daha da inkişaf etdirəcəyik. Bu alış bizim strategiyamıza tam uyğundur və mövcud biznesimizlə sinerji yaradacaq”.

2017-ci ildə “ESForce”un 116 milyon istifadəçisi, 440 milyon seansı, striminq platformaları vasitəsilə 120 milyon saatdan çox baxış toplayan online kontenti olub. Ötən ilin gəlirinin 19 milyon dollara yaxın olacağı gözlənilir.

MənbəLent.az
Son xəbərlər
Digər xəbərlər