23 C
Baku
Thursday, September 4, 2025

Makler evləri alanları bu təhlükə gözləyə bilər – Xəbərdarlıq

Abşeron rayonu Masazır qəsəbəsində fərdi yaşayış evində baş verən və ana ilə qızının yanaraq ölməsi ilə nəticələnən yanğında diqqət çəkən əsas məqamlardan biri də evlərin bir-birinə həddən artıq yaxın tikilməsi oldu…

Ekspertlər bildirirlər ki, bu kimi faciələr məhz nəzarətsiz inşa edilən və ya tikintisi zamanı göz yumulan makler evlərinin toplandığı məhəllələrdə qaçılmazdır.

Son illər xüsusilə fərdi yaşayış məhəllələrində yeni tikililərin əksəriyyəti maklerlər vasitəsilə aparılır. Tikinti ucuz başa gəlsin deyə, bu evlər arasında minimum ara məsafəsinin saxlanılması çox vaxt gözardı edilir. Dar küçələr, çarpaz hasarlar və sıx tikililər isə yanğın və digər fövqəladə hallarda təhlükəni qat-qat artırır.

Mütəxəssislərin sözlərinə görə, belə sıx tikintilər zamanı norma və qaydalar çox vaxt nəzərə alınmır. Bu da həm insanların həyatını, həm də əmlakını birbaşa risk altında qoyur.

Qanunvericilikdə bu məsələ ilə bağlı açıq şəkildə tələblər var. Qaydalara əsasən, hər evin inşasında müəyyən standartlara əməl olunmalıdır. Əks halda, bu cür fəsadların qarşısını almaq mümkün deyil. Başqa sözlə, bir evlə digərinin arasında minimum evin hündürlüyünün 30 %-i ölçüsündə məsafə saxlanmalıdır.

Ekspertlər hesab edirlər ki, vətəndaşlar ev alan zaman mütləq şəkildə mütəxəssislərlə məsləhətləşməlidirlər. Tikintinin keyfiyəti ilə bağlı rəy almalıdır. Əks halda gələcəkdə bu tip tikililərin sənədləşməsində də ciddi problemlər yaşana bilər.

Son xəbərlər
Digər xəbərlər