9 C
Baku
Thursday, December 12, 2024

Makron: “Avropa İttifaqı ilin sonuna qədər Rusiya neftinin idxalını 92% azaldacaq”

Fransa prezidenti Emmanuel Makron bildirib ki, 2022-ci ilin sonuna qədər Avropa İttifaqı Rusiya neftinin idxalını 92% azaldacaq.

Banker.az xəbər verir ki, prezident Rusiyadan Avropa İttifaqına qaz nəqlinə də embarqonun qoyulacağını istisna etmədiyini bildirib.

Makron həmçinin vurğulayıb ki, Fransa Ukrayna taxılının tədarükü üçün də çalışacaq. O, həmçinin, rus oliqarxların yeni sanksiyalara məruz qalacağını və Sberbank-ın SWIFT-dən ayrılacağını təsdiqləyib.

Mayın 4-də Avropa Komissiyasının sədri Ursula fon der Leyen Aİ-nin Rusiya Federasiyasına qarşı sanksiyalarının altıncı paketini, o cümlədən neft embarqosu və Sberbank-ın SWIFT-dən ayrılması təklifini təqdim etmişdi.

Macarıstan isə Rusiya neftinin tədarükünə qadağa qoyulmasının əleyhinədir.

Avropa Komissiyası mayın 29-da Aİ ölkələrinə Rusiya neftinin dəniz yolu ilə idxalından imtinanı təklif edib.

Daha sonra Avropa İttifaqı Rusiya neftinə qismən embarqoya razılaşıb.

Avropa İttifaqı Şurasının rəhbəri Şarlz Mişel Rusiyaya qarşı sanksiyaların iyunun 1-i və ya 2-də elan oluna biləcəyini bildirib.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər