11 C
Baku
Sunday, March 3, 2024

Makron Avropa Komissiyasının sədri ilə Çinə səfər edəcək

Fransa prezidenti Emmanuel Makron Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə Çinə səfər etməyi planlaşdırdığını bildirib.

O, bu barədə Avropa İttifaqı Şurasının Brüsseldə keçirilən iclasından sonra  keçirilən mətbuat konfransında bildirib.

“Mən Ursula fon der Leyeni Çinə səfərim zamanı məni müşayiət etməyə dəvət etdim”, – dövlət başçısı bildirib.

Eyni zamanda, Makron səfərin tarixini dəqiqləşdirməyib.

Bir gün əvvəl İspaniyanın baş naziri Pedro Sançes gələn həftə Çinə dövlət səfəri zamanı Çin prezidenti Si Cinpinlə Ukraynada sülhün əldə olunması imkanlarını  müzakirə edəcəyini bildirmişdi .

Bundan əvvəl Si Cinpin İspaniyanın baş nazirini Pekinə səfərə dəvət etmişdi . “El Pais” qəzetinin məlumatına görə, səfər martın 30-31-də baş tutacaq.

Martın 24-də “South China Morning Post” diplomatik mənbələrə istinadən yazıb ki, Avropa Birliyinin xarici siyasət idarəsinin rəhbəri Josep Borrellin aprelin ortalarında Pekinə səfəri gözlənilir .

Son xəbərlər
Digər xəbərlər