ABŞ prezidenti Co Bayden dekabrın 1-də ABŞ-a dövlət səfəri ilə gələcək fransalı həmkarı Emmanuel Makronla görüşəcək.
Bunu Ağ Evin mətbuat katibi Karin Jan-Pyer jurnalistlər üçün brifinq zamanı deyib.
“Bildirimək istərdim ki, Prezident Co Bayden və birinci xanım Cill Bayden dekabrın 1-də ABŞ-a dövlət səfərinə gələcək Fransa Prezidenti Emmanuel Makronu və onun xanımı Bricit Makronu qəbul edəcəklər”, – deyə mətbuat katibi bildirib.
C.Bayden və E.Makron “ümumi qlobal çağırışlar üzrə” qarşılıqlı fəaliyyət kursunu və hər iki ölkəni maraqlandıran sahələri müzakirə edəcəklər.